Afflekin şəxsi həyatının TƏFƏRRÜATLARI:  “Onun çoxlu qadınları  var”
11 sentyabr 2024 19:21 (UTC +04:00)

Afflekin şəxsi həyatının TƏFƏRRÜATLARI: “Onun çoxlu qadınları var”

Ben Afflek bir neçə həftə əvvəl Cennifer Lopezdən ayrıldığını rəsmən elan etsə də, aktyorun yenidən münasibət qurması ilə bağlı şayiələr artıq üzə çıxmağa başlayıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Cennifer Lopez Afflek ilə evliliyinin ikinci ildönümündə boşanmaq üçün məhkəməyə müraciət etdikdən sonra onun adı ABŞ-ın öldürülən keçmiş prezidenti Robert Kennedinin nəvəsi 36 yaşlı Kik Kennedinin adı ilə hallanmağa başlayıb.

Cütlük Beverly Hills otelində görünüb. Zahirən Kik, Benin üç uşağı olan keçmiş arvadı Cennifer Qarnerə bir qədər bənzəyir. Ben Afflekin  eyni zamanda çoxlu sevgililərinin olduğu da deyilir.

Ben Cennifer Lopezlə yaxşı münasibət saxlamaq istəyir. Buna səbəb cütlüyün evlənmədən əvvəl nikahdan əvvəl müqavilə imzalamaması ola bilər. İndi onlar 500 milyon funt sterlinq dəyərindəki ortaq sərvəti bölüşməyə məcburdurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 396
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar