402 uşaq sığınacaqlardan xilas olundu  - Cinsi istismar ediliblər
12 sentyabr 2024 13:16 (UTC +04:00)

402 uşaq sığınacaqlardan xilas olundu - Cinsi istismar ediliblər

Malayziya polisi uşaqların qanunsuz işlərə və və cinsi istismara məruz qaldığı İslam biznes qrupu ilə əlaqəli 20 rifah evinə basqın edib. Nəticədə 402 uşaq sığınacaqlardan xilas edilib və 171 nəfəri həbs olunub.

Lent.az xəbər  verir ki, bu barədə CNN məlumat paylaşıb.

Polisin baş müfəttişi Razarudin Hussain bildirib ki, reydlər “Qlobal İxvan Services” and “Business Holdings” tərəfindən idarə olunan sığınacaqlarda qeyri-ənənəvi tədris və cinsi zorakılıq iddialarından sonra keçirilib.

Nəticədə polis 1 yaşdan 17 yaşa qədər 201 oğlan və 201 qızı belə müəssisələrdən uzaqlaşdırıb. Bu evlər Selangor və Negeri Sembilan ştatlarında yerləşir.

Həbs olunanlar arasında 66 kişi və 105 qadın, çoxlu din müəllimləri var.

Razarudin televiziya ilə mətbuat konfransında bildirib ki, uşaqlar nəinki baxıcıları tərəfindən cinsi zorakılığa məruz qalıblar, eyni zamanda bir-birlərinə də eyni şeyi etməyə məcbur olublar.

Polis hesab edir ki, “Qlobal İxvan” uşaqları istismar edir və ianə toplamaq üçün dini hisslərdən istifadə edir.

Uşaqlar xəstəxanalara yerləşdirilib.

Təşkilatın internet saytında yer alan məlumata görə, “Qlobal İxvan”ı 1994-cü ildə Malayziya hökuməti tərəfindən bidət hesab edilən və qadağan edilmiş “Əl-Ərqam” İslam təriqətinə rəhbərlik edən Aşari Mohamad təsis edib. Hesabatda bildirilir ki, 2010-cu ildə qrup bir sıra dəyişikliklərə məruz qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2406
avatar

Oxşar yazılar