Ailə bağlarına dair 20 aforizm
12 sentyabr 2024 12:50 (UTC +04:00)

Ailə bağlarına dair 20 aforizm

Lent.az ailə bağları haqqında maraqlı aforizmləri təqdim edir.
Onların içindən 20 ən yaxşısını seçməyi sizin öhdənizə buraxırıq.

- Evlənməkdən qorxmayın. Yaxşı arvada rast gəlsəniz,xoşbəxtliyə çatarsınız,pis arvada rast gəlsəniz filosof olarsınız (Sokrat:Qədim Yunan filosofu)


- Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir (Qurani-Kərim)


- Ailə insanlıq tarixinin ilk müəssisəsidir.Nəsillər oradan boy atır,orada böyüyür. Xalqlar da gücünü, bütövlüyünü ailələrə bağlayır ("Füyuzat" jurnalından)


- Öz subaylarınızı evləndirin.Bu əməllə Allah-təala onların əxlaqını gözəlləşdirər, ruzilərini artırar və mərdliklərini çoxaldar  (Hz.Muhəmməd s.a.v.)

- Nikah zaman keçdikcə möhkəmlənə bilən yeganə əlaqə formasıdır (Emil Alen:Fransız tənqidçisi

- Evlilik zənciri o qədər ağırdır ki,onu ikilikdə daşımaq lazım gəlir (Aleksandr Düma: Fransız yazıçısı)

- Var-dövlətə görə evlənən öz azadlığına əlvida deyir (Corc Herbert:İngilis şairi)

- Uğurlu evlilik sevgini rədd edir,onu dostluqla əvəz etməyə çalışır (Mişel de Monten: Fransız filosofu və yazıçısı)

- Başqalarının tövsiyəsi ilə kor-koranə  evlənmək cəhənnəm əzablarına razılaşmağa oxşayır (Artur Şopenhauer:Alman filosofu)

- Ər-arvad arasındakı əsl münasibət mübahisə vaxtı ortaya çıxır (Bernard Şou: İngilis yazıçısı)

- Evlənmək çətin deyil,evli olmaq çətindir (Migel de Unamuno: İspan filosofu)

- Hər bir ailə bir tarixdir.Hətta oxuya bilənlər üçün bir dastandır (Alfons Lamartin:Fransız şairi)

- Yaxşı bir qadınla ailə qurmaq fırtınada sakit bir liman,pis bir qadınla ailə qurmaq isə sakit bir limanda fırtınadır (Jan Peti San:İsveçrə Moralisti)

- Ailə həyatı bir şəhvət ticarəti deyil,can ortalığıdır.Belə olmasa,ailə də olmaz (Con Milton:İngilis şairi və publisisti)

- Yaxşı həyat yoldaşı Allahın bizə xüsusi bir hədiyyəsidir (Aleksandr Pop:İngilis şairi)

- Ailəni dayanıqlı edən qadın ilə kişi arasındakı eyniyyət yox, fərqdir. Məhəbbət özü də bu fərqin sayəsində mümkün olur. (Əbu Turxan)

 - Ancaq böyük məhəbbət ailə həyatındakı anlaşılmazlıqları aradan qaldıra bilər. (Drayzer)

- Ata-ananın övlada məhəbbəti sövq-təbii, övladların ata-anaya məhəbbəti isə şüurludur. (Nəsirəddin Tusi)

 - Bərabərlik iddiası ailəni sarsıdır. (Əbu Turxan)

- Bütün dünyanı gəzib səadət axtardım, – tapmayıb, kor-peşman evə döndüm. Sən demə o, evdə məni gözləyirmiş. (Əbu Turxan)

- Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir. (Lev Tolstoy)

 - Çox vaxt qadınlar ağılın yoxluğundan yox, çoxluğundan ağılsızlıq edirlər. (Əbu Turxan)

- Dostluq etməyi bacaran evlənəndə də uğurlu evlənər; belə ki, nikah da dostluq istedadına əsaslanır. (Fridrix Nitsşe)

 - Dünya bir evdirsə, övlad işıqdır,

- Oğul arxadırsa, qız yaraşıqdır. (Səməd Vurğun)

 - Əgər istəyirsənsə izdivacın göyün yeddinci qatında olsun, əvvəlcə uçmağı öyrən. (Əbu Turxan)

 - Ər-arvad bir yerdə yaşamasaydılar, uğurlu nikahlara daha tez-tez rast gəlmək olardı. (Fridrix Nitsşe)

-  Ərin, yaxud arvadın tərbiyəsi onların dava-dalaşı zamanı özünü daha qabarıq göstərir. (Corc Bernard Şou)

- Əsl kişi hətta bu günün cazibəsində olarkən də, sabahı düşünə bilir. (Əbu Turxan)

 - Ev kiçik bir mədəniyyət ocağıdır. (Çarlz Dikkens)

 - Evlənmək çətin deyil, evli olmaq çətindir. (M. Unamuno)

 -  Evlənmək öz hüquqlarımızı yarıbayarı azaltmaq, vəzifələrimizi isə ikiqat artırmaq deməkdir. (Artur Şopenhauer)

 - Evlənməzdən qabaq gözlərinizi dörd açın, amma evləndikdən sonra –yumun. (Bencamin Franklin)

 - Eyni növlü bitkilər, biri ala dağda, biri qara dağda olsa da, bir ailənin üzvü hesab edilirlər. Qızılgüllə tikan isə həmişə yanaşı olsalar da, başqa ailələrə aiddirlər və onların izdivacı istisna olunur. (Əbu Turxan)

-  Gözəl qadın gözlər üçün cənnət, ürək üçün cəhənnəm, ciblər üçün təmizlikdir. (Fontenel)

- Gözəl qadın insanın gözlərinə, gözəl xasiyyətli qadın isə ruhuna dinclik gətirir. (Volter)

- Həqiqi ananın ən şərəfli bəzəyi ədəbli, tərbiyəli cocuqdur. (Mirzə Ələkbər Sabir)

 - Hər bir ana ümid edir ki, qızı ondan daha yaxşı ər tapacaq, oğlu isə atasının tapdığı qədər yaxşı arvad tapmayacaq. (M.Andersen-Nekse)

- Həyat yoldaşı seçməkdə yanılmaq, bütün həyatı uduzmaq deməkdir. (Məmməd Səid Ordubadi)

- İnsan ağlını itirəndə evlənir, səbrini itirəndə boşanır. (D.Jirarden)

- Kişi evin beyni, qadın isə ürəyidir. (Volter)

- Kişi özgəsinin sirrini öz sirrindən yaxşı saxlayır, qadın isə yalnız öz sirrini saxlaya bilir. (Jan de Labrüyer)

- Kişi üçün hər şeyin əslində necə olduğu önəmlidir. Qadın üçün isə önəmli olan hər şeyin necə təqdim olunması və zahirən uyğun gəlməsidir. (Uilyam Folkner)

- Ailə həyatı bir şəhvət ticarəti deyil, can ortalığıdır. Belə olmasa, ailə də olmaz. Con Milton:İngilis şairi və publisisti)

 - Ailə, həyatımızın özü, dinclik və səadətimizin qaynağıdır. Əhməd Şahin

- Ailə həyatında zaman-zaman dava-dalaş olmalıdır. Çünki insanlar yalnız bu halda bir-birlərini başa düşərlər. Yohann Volfqanq Göte

- Ailə həyatının gözəlliyi kimi heç bir şey yoxdur. Oskar Uayld

- Ailə kisi ucun bir malikanə, qadin ucun isə bir istehkamdir. Lev Tolstoy

- Ailə, kralların belə girə bilmədiyi bir qaladır. Ralf Uold Emerson

- Ailə quruluşunda qadın, binanın təməl daşıdır. Kamal Çingiz


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 747
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar