"Nikahdankənar uşaq dünyaya gətirmək yaxşıdır" -  Əməkdar artist
12 aprel 2022 18:39 (UTC +04:00)

"Nikahdankənar uşaq dünyaya gətirmək yaxşıdır" - Əməkdar artist

Əməkdar artist Nigar Şabanova nikahdan kənar övlad dünyaya gətirməyi dəstəklədiyini deyib.

Lent.az-ın məlumatına görə, “Tarixin bir günü”ndə danışan ifaçı deyib:

“Hər bir qadının arzusu ana olmaqdır. Heç kimin ailəsini dağıtmadan, özü üçün uşaq dünyaya gətirirsə, bunun nəyi pisdir? Yaşlananda, bir çörək ala bilməyəndə, həkimə gedə bilməyəndə bu qınayanlar gəlib mənə kömək edəcəklər?

Tək qalmaqdansa, nikahdankənar uşaq dünyaya gətirmək yaxşıdır. Heç bir qadına tək qalmağı arzu etmirəm. Təklik pis şeydir. Heç birimiz pak deyilik ki, kiminsə həyatını müzakirə edək. Kim nə edirsə, yaxşı edir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3651
avatar

Yalçın UĞUR

Oxşar yazılar