Xalq artisti Zülfiyyə Xanbabayeva
17 iyul 2021 09:37 (UTC +04:00)

Xalq artisti Zülfiyyə Xanbabayeva

"Namusa, ləyaqətə deyilən sözü bağışlamaram" - Zülfiyyə Xanbabayeva

Xalq artisti Zülfiyyə Xanbabayeva "Persona" verilişinin qonağı olub.

Lent.az xəbər verir ki, ifaçı proqramda ona ünvanlanan "Həyatda nəyi bağışlamaq olmaz" sualına belə cavab verib:

"10 il əvvəl deyərdim, çox şeyi bağışlamaq olmaz. Amma bu gün çox şeyi bağışlamaq olar. Mənim şərəfimə, ailəmə, ləyaqətimə bir söz deyəni bağışlamaram. Deyirlər, xəyanət bağışlanmaz. Amma baxır xəyanət necə edilib. İndiki zamanda çox şeyin üstündən keçə, su içə bilərəm. Amma namusa, ləyaqətə deyilən sözü bağışlamaram.

Kənardan gəldi keçər mənə xəyanət edə bilməz. Məni üzən dəyər verdiyim insan ola bilər. Kənardan məni incidən olsa, 1 saat fikirləşərəm. yaxınım məni incitməsin. Vətənə xəyanət olmasın. Başqa xəyanəti düzəltmək olar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6543
avatar

Yalçın UĞUR

Oxşar yazılar