Nadirin barda yanaraq ölən qızla bağlı sözləri TƏNQİD OLUNDU
07 aprel 2022 09:18 (UTC +04:00)

Nadirin barda yanaraq ölən qızla bağlı sözləri TƏNQİD OLUNDU

Müğənni Nadir Qafarzadə növbəti dəfə müzakirələrə səbəb olacaq açıqlama verib.

Lent.az-ın məlumatına görə, ifaçı aprelin 3-də "Location" klubda baş verən partlayış zamanı xəsarət alan 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva ötən gün vəfat etməsinə sosial şəbəkədə rəy yazıb: "İndiki bəzi qızlar niyə ailə qurub, xanım olmaq istəmirlər ki? 23 yaşlı qız həyatını məhv etdi. Öz həyatını darmadağın etdi. Məncə bu hadisə bir çox gənc xanıma dərs olar. Yazıq valideyn, gör indi nə haldadır. Nə deyib ağlasın görəsən? Ey gənclər, həyatınızı məhv etməyin!". Nadirin bu sözləri sosial şəbəkədə tənqid edilib. 
Qeyd edək ki, Fərqanə Eynullayeva 60-62 faiz və III dərəcəli yanıq xəsarəti ilə reanimasiyada olan kirtik ağır xəstələrdən biri idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6492
avatar

Yalçın UĞUR

Oxşar yazılar