Müğənni Nadir Qafarzadə həyat yoldaşı Sevinclə fotolarını sosial şəbəkədə paylaşıb.
Lent.az-ın məlumatına görə, ifaçı paylaşımında qeyd edib ki, evliliklərinin il dönümüdür:
"28 illik bir ömür yaşadıq. Bu illər ərzində nələr olmadı nələr... Bu dünyanın hər üzünü gördük. Əyilmədik, sınmadıq. Bir-birimizdən aldığımız güc, bütün çətinliklərə sinə gərməyi öyrətdi bizə. Sənin mənə çox mükafatların oldu, sevgi və o sevgidən doğulan 2 oğul. Sən yanımda olanda çox güclü oluram. Qoyma məni gücdən düşüm. Hər zaman yanımda ol, varlığın yetər. 02.05.1993 - bu gün bizim toy günümüzdür".
Müğənni Nadir Qafarzadə həyat yoldaşı ilə