Son zamanlar müğənnilərə səhnədə hücumlar xeyli artıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bunun son qurbanı isə Diyarbəkirdə çıxış edən Murat Boz olub.
Diyarbəkirdə Mədəniyyət Yolu Festivalı çərçivəsində konsert verən müğənninin üzünə yə tamaşaçı sərt cisim atıb.
Hadisədən sonra Murat Boz geri çevrilərək qısa müddət gəzib, sonra qaldığı yerdən konsertinə davam edib. Hadisədən sonra sosial media hesabından açıqlama verən Murat Boz baş verənlərin fərdi hərəkət olduğunu bildirib.
"Dünən Diyarbakırın gözəl insanları ilə çox gözəl anlar paylaşdıq. Kaş ki, bu hadisə yaşanmasaydı, amma bunu bütün diyarbəkirlilərə aid etmək çox üzücü və haqsızlıq olardı" şəklində paylaşım edib.