Müğənninin xəstəliyinə görə başı partladı
18 dekabr 2024 12:50 (UTC +04:00)

Müğənninin xəstəliyinə görə başı partladı

Rusiyalı müğənni Aleksandr Buynovun xərçəng xəstəliyi bir il əvvəl hormon terapiyasının ləğvi səbəbindən irəliləyib. Bu barədə o özü sosial şəbəkə hesabında məlumat paylaşıb.

Lent.az-ın məlumatına görə, Buynov daha sonra dərmanlardan huşunu itirmə və başgicəllənmə şəklində yan təsirlər yaşayıb və bu səbəbdən o, velosipedindən yıxılıb və başı partlayıb.

74 yaşlı müğənni bir neçə ildir ki, güzəştli proqram çərçivəsində dövlət hesabına xaricdən gətirilən şiş əleyhinə dərman Darolutamid ilə xərçəng xəstəliyini müalicə edir.

2023-cü ildə hormonal dərman qəbul edərkən beynində qan dövranı pozğunluğu yaranıb, o velosiped sürərkən huşunu itirib, kəllə-beyin travması alıb və qabırğa sümüyü sınıb. Hormon terapiyası ləğv edilib, lakin xərçəng inkişaf etməyə başlayıb. Buynova təxminən 20 ildir prostat xərçəngi xəstəliyi ilə mübarizə aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1014
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar