Əməkdar artist Ədalət Şükürov pandemiya zamanı şou aləminin çətinliyindən danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı "Həmin Zaur" verilişində "Çətinə düşsəniz nəyinizi satarsınız: qızıl, ev, yoxsa maşın" sualına belə cavab verib: "Qızılla aramız yoxdur. Ailədə bizdə qızıl sevmirlər. Həyatda hər şey olub: bağımızı da, maşınımızı da satmışıq. Normaldır...
İnsanıq da, hansısa bir ərəfə olur. Pandemiyada da işimiz yox idi. Müğənnilərin 99 faizi də nəyisə sataraq dolanıb. Heç kimə də heç nə deməyib".