Müğənni və teleaparıcı Olqa Buzova atasına sürpriz etmək və onun doğum günü münasibəti ilə bayram tədbirində iştirak etmək üçün Moskvada xəstəxanadan qaçıb.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, 35 yaşlı aktrisa sağ əlindən xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilib.
Qadının sözlərinə görə, əlini yerindən tərpətmək mümkün olmayıb. Səhhəti ilə bağlı şikayətlərə baxmayaraq, Buzova müalicədən imtina etmək qərarına gəlib və “Instagram”da atası ilə birlikdə şəklini yerləşdirib.
“Sevimli atam, bu gün sizinlə olmaqdan xoşbəxtəm və səndən ən xoşbəxt olduğunu eşitmək istəyirəm. Xəstəxanadan qaçdım, sürpriz baş tutdu”, - o, yazıb.