Müğənni  cinsi məzmunlu   mahnısının sözlərini dəyişdi
04 fevral 2025 19:19 (UTC +04:00)

Müğənni cinsi məzmunlu mahnısının sözlərini dəyişdi

Ankara 6-cı Sulh Ceza Məhkəməsi televiziya yarışmalarında tanınan Turbo Turabinin cinsi məzmunlu sözləri səbəbiylə tənqid olunan mahnısına girişi qadağan edib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, videonu məşhur saytlardan silməyə başlayıblar. Turabi sürpriz bir addım ataraq mahnısının sözlərini dəyişdirib.

Əldə edilən məlumata görə, Ailə və Sosial Xidmətlər Nazirliyi ictimaiyyətdə sərt tənqidlərə səbəb olan bu mahnı və video məzmununun ümumi əxlaq qaydalarını pozduğu və qadınları aşağılayıcı ifadələr daşıdığı səbəbindən hərəkətə keçib. 

Nazirlik, xüsusilə gənclərin və uşaqların psixoloji inkişafını mənfi təsir edə biləcək bu məzmunun internet üzərindən yayılmasının cəmiyyət strukturunu poza biləcəyini bildirib.

Nazirliyin müraciəti əsasında Ankara 6-cı Sulh Ceza Məhkəməsi həmin mahnının rəqəmsal platformalarda qapadılmasına qərar verib. Qərardan sonra 4 gündə 1.7 milyon izlənmə alan mahnının yerləşdirildiyi məşhur internet saytlarında silinmə prosesinin başladığı bildirilib.

Onun mahnısının yeni sözləri belədir:

“Bir kızın kalbiyle oynama

Sadece bir kalbi var

Onun gözleriyle oyna

İki tane gözü var

Kedi yavrusu olma

Sahiplen

Eğer sahiplenmezsen

Bir tane alamazsın

Her kedinin yuvaya ihtiyacı var

Bir yuva ver

Kedi yavrusu olma

Sahiplen

Pazartesi, Salı, Çarşamba

Perşembe, Cuma, 6 Gün

Her gün ulusal aşk günü

Geliyor musun?

Pazartesi, Salı, Çarşamba

Perşembe, Cuma, 6 Gün

Öp Beni Sarıl Bana

Lütfen sev beni”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687

Oxşar yazılar