Əməkdar artist Nigar Şabanova şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, ifaçı “7 canlı” verilişində boşanmasının səbəblərini bu cür dilə gətirib:
“Mən 16 yaşımda ailə qurdum. Sevginin nə olduğunu bilmirdim. Evləndiyim şəxs anamın dayısı nəvəsi idi. İndi keçmiş həyat yoldaşımın ailəsi ilə heç bir əlaqələrimiz yoxdur. Biz onlardan qız almışdıq, həmin qız boşanandan sonra onlar da məni boşadı. Artıq ayrılmağımdan 15 il keçib, indi qaydalar dəyişib. Bəzən ailələr gəncləri də dinləməlidir. Dinləməyəndə də belə olur. Hərdən də böyüyün bir sözünə görə, gənc həyatı puç olur. Mən ayrılanda anam səhəri gün iflic oldu. Ayağa dura bilmirdi. Amma bu günümüzə də şükür. Pis olmuram”.