Mətanətə ELÇİ GƏLDİ : "Kişi biznesmendir" - VİDEO
11 aprel 2022 16:52 (UTC +04:00)

Mətanətə ELÇİ GƏLDİ: "Kişi biznesmendir" - VİDEO

Müğənni Mətanət Əsədova şəxsi həyatından danışıb.

Lent.az-a açıqlama verən ifaçı bildirib ki, ona saysız-hesabsız elçi gələnlər var: 

“Ailə qurandan sonra sənəti atmaram. Çünki həmin şəxs mənə görə nəyindən keçəcək? O elə adam olmalıdır ki, hərtərəfli məni susdurmalıdır. Həmin adamdan "yox" sözü eşitməməliyəm.

Hanı o? Heç zaman qeyri-rəsmi münasibətə razı olmaram. O həyat mənə uyğun deyil. Ailəli olan kişi ilə, ümumiyyətlə, olmaz. Günahdır. Əzəl gündən elə şeydən zəhləm gedir. Mənimdirsə, mənimdir. 

Mənimlə evlənmək istəyənlər çoxdur. Müxtəlif peşə sahibləri, daha çox biznesmenlər olub. Təxminən 10 il hərbiçi məni istədi, telefonda danışdıq, daha sonra gördük ki, bizdə alınmaz. Sözünü ancaq telefonda deyirdi.

Əlimiz əlimizə dəymədi, ayrıldıq. Aralarında biri var, hələ ki onu tanımaq mərhələsindəyəm. Mənimlə evlənəcək şəxsin ilk növbədə mədəniyyəti, savadı, musiqi duyumu və mənə hörməti olmalıdır. O birilər sonra gəlməlidir. Onun işi olmalıdır. Pulu olmayanı neynirəm? Kişi saxlayacam? Kişiyə pul xərcləyən qadınlara nifrət edirəm”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5808
avatar

Yalçın UĞUR

Oxşar yazılar