Müğənni Şerin böyük oğlu anasını öz toyuna dəvət etmək istəmir.
Lent.az-ın xəbərinə görə, Şer son vaxtlar bir ana kimi çətin günlər keçirir. 77 yaşlı əfsanəvi müğənni və aktrisa bu yaxınlarda narkotik problemi olan 47 yaşlı oğlu İlyas Blu Allman üzərində nəzarət uğrunda mübarizəni uduzub.
Onun ilk övladı, 54 yaşlı Caz Bono ilə münasibətləri də gərgindir. Caz toy etməyə hazırlaşır, amma anasını toya dəvət etmək niyyətində deyil.
Çaz 2008-ci ildə cinsini dəyişdikdən sonra anası ilə münasibətləri korlanıb.