Türkiyəli məşhur müğənni Safiye Soyman dənizkənarı evinin qapılarını açıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin məşhur kanallarının birində yayımlanan “Evrim Akın ile Ev Gezmesi” verlişinin ilk qonağı Safiye Soyman olub. Soyman Bodrumdakı evinin qapılarını Evrim Akına açıb.
8 il əvvəl Bodrum “Gündoğan”da aldığı 2+1 bağ evindən danışan Soyman, “Böyük evləri sevmirəm, işi bitmir. 2+1 ev çox yaxşı səslənir", deyib.
Evində qonaq qəbul etməyi xoşladığını deyən məşhur müğənni “Qonağım çoxdur, adamlar gəlib-gedir”, deyə fikir bildirib.