Xəzər TV-nin canlı yayımında maraqlı anlar yaşanıb. Aparıcı Mətanət Əliverdiyeva efirdə özünün ölüm xəbərini yayıb.
Lent.az xəbər verir ki, aparıcı sosial şəbəkələrdə özü haqqında yazılmış xəbəri gülərək oxuyub.
Aparıcının bu xəbərə reaksiyası isə daha maraqlı olub:
“Ölmüşəm, amma heç özümün məlumatım olmayıb. Allah rəhmət eləsin! Şərhləri oxuyub, o qədər güldüm. Xahiş edirəm, mən öləndə belə mahnı verməyin”.