Məşhur komediya ustası Ata Demirerin başına bədbəxt hadisə gəlib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə aktyor öz “Twitter” hesabında paylaşım edib.
Sənətçi sosial media hesabında “Əziz dostlar, bədbəxt bir ev qəzası nəticəsində ayağımdan əməliyyat olunmalı oldum. Əməliyyat yaxşı keçdi, indi yaxşıyam. Təəssüf ki, payızda çəkməyi planlaşdırdığımız “Bursa Bülbülü” filmimizin çəkilişlərini təxirə saldıq” - deyə bildirib.
Sevinc Fərid