Türkiyənin tanınmış televiziya aparıcısı Murat Ceylan və aktrisa Gizem Güneşin münasibətdə olduqları məlum olub.
Lent.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Bu xəbərdən sonra Gizem Güneşin həyatı və karyerası haqqında məlumatlar maraq doğurur.
Gizem Güneş kimdir?
Gizem Güneş, 30 noyabr 1995-ci ildə İstanbulda anadan olub. Marmara Universitetinin Fransız dili bölməsindən məzun olan aktrisa, 1.70 metr boyundadır. Instagram hesabında 1,6 milyon izləyicisi var.
Gizem Güneşin karyerası
Gizem Güneş, 2009-cu ildə "Binbir Gece" serialı ilə aktyorluq karyerasına başlayıb. Daha sonra "Kanatsız Kuşlar" (2017-2018), "4N1K İlk Aşk" (2018) və "Teşkilat" kimi seriallarda rol alıb. Xüsusilə "Teşkilat" serialında canlandırdığı Selen obrazı ilə tanınıb.
Murat Ceylan və Gizem Güneşin münasibəti
Murat Ceylan, sosial media hesabında Gizem Güneş ilə birlikdə çəkilmiş bir foto paylaşaraq münasibətlərini ictimaiyyətə açıqlayıb. Bu paylaşım onların sevgili olduqlarını təsdiqləyib və media tərəfindən geniş şəkildə işıqlandırılıb.
Gizem Güneşin rol aldığı bəzi layihələr:
- Binbir Gece (2009)
- Kanatsız Kuşlar (2017-2018)
- 4N1K İlk Aşk (2018)
- Teşkilat