Türkiyənin məşhur aktrisası Pınar Denizin sosial media qazancı gündəm olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Pınar Denizin “Yargı” serialındakı Ceylin obrazı böyük bir pərəstişkar kütləsi tərəfindən sevilir və bu, aktrisanın populyarlığını artırır. Bundan başqa, onun xaricdə də izləyici kütləsi artmaqda davam edir.
Sosial şəbəkələrində 2,9 milyon izləyicisi olan məşhur aktrisa media hesablarında, cəmi 15 saniyəlik reklam üçün 150 min TL(təqribən 9 min 362 azn) qazandığı iddia edilib.