Türkiyəli məşhur aktrisa Tuba Büyüküstün Fransaya köçüb.
Lent.az xəbər verir ki, sənətçi bu barədə onun özü məlumat yayıb.
“Qızlarla birgə buradayıq. Nə qədər müddət burada olarıq, planınını qurmamışıq. Parisi çox sevdiyimi və İstanbul kimi burada da özümü evimdə kimi hiss etdiyimi həmişə demişəm. Qızlar məktəbə gedir, mən də gündəlik işlərimi həll edirəm”, - deyə, aktrisa bildirib.