Yazıçı Şirli Makleyn Merilin Monronun Con Kennedi və qardaşı Robert ilə eyni gecədə yatdığını iddia edib.
Lent.az xəbər verir ki, araşdırmaçı yazar bu barədə öz yeni kitabında məlumat verib.
“Oskar”lı aktrisa Monronun 1962-ci il mayın 19-da "Ad günün mübarək, cənab Prezident" mahnısını ifa etdiyi gecədən çəkilmiş fotonun yer aldığı "Möcüzəli həyatdan hekayələr" adlı yeni kitabında qalmaqallı iddia ilə çıxış edib.
Yazıçı bildirib ki, o, prezident Kennedinin Monro ilə birlikdə yataq otağından çıxdığını görüb. O, deyib ki, o zaman ABŞ-ın baş prokuroru olan Robert Kennedi, qardaşndan dərhal sonra aktrisanın yataq otağına girib.