Meqan Marklın ötən ilki qarderobunun dəyəri açıqlanıb.
Lent.az xəbər verir ki, qarderobunun qiyməti 6,7 milyon rubl (təxminən 141 min 718 manat) olub.
2022-ci ildə aldığı geyim və zərgərlik məmulatlarının ümumi qiyməti 78,9 min funt sterlinq (6,7 milyon rubl) olub. Bu da 2021-ci illə müqayisədə 20 min funt sterlinq (1,7 milyon rubl) çoxdur.
Meqanın ən bahalı imici 12 min funt-sterlinq (milyon rubl) dəyərində “Cartier” zərgərlik evinin boyunbağı ilə birlikdə “Khaite” brendinin geyindiyi 620 funt-sterlinq (53 min rubl) kombinezon olub. Ayaqqabı kimi o, 595 funt sterlinqə (51 min rubl) məşhur lüks brend Manolo Blahnik-in hündürdaban ayaqqabılarını seçib.