Xalq artisti Məleykə Əsədova 3 milyona satışa çıxardığı evindən danışıb.
Lent.az xəbər verir ki, aktrisa "Üzə-düz" verilişində bildirib ki, evi sata bilmir:
"Bir evim var, onu da neçə ildir satışa qoymuşam, satılmır. Sata bilmirəm ki, özümünkülərə kömək edim. Biz bunları dilə gətirməməliyik. Aktrisa ucada, əlçatmaz olmalıdır. Məni səhnədə tamaşalarımla görməlidirlər, qəlbimi küsdürməməlidirlər".
Qeyd edək ki, M.Əsədova bir müddət əvvəl yaşadığı ərazidə yerləşən vasitəçiyə müraciət etmişdi. “Makler” həmin evin videosunu çəkərək, onu sosial şəbəkədə paylaşmışdı. Evi satan vasitəçi Miri adlı şəxs satış qiymətinin 3 milyon manat olduğunu deyib: “Qiymətdən çox düşə bilməyəcəyik. Amma endirim olacaq”.