Manaf dostlarını  SİLDİ:  "Müğənnidən dost olmaz" - VİDEO
04 aprel 2022 15:01 (UTC +04:00)

Manaf dostlarını SİLDİ: "Müğənnidən dost olmaz" - VİDEO

Müğənni Manaf Ağayev daha şou-biznesdə heç kəslə dostluq etməyəcək.

Bu barədə Lent.az-a açıqlamasında “Toylar kralı”nın özü məlumat verib. O bildirib ki, bu qərarı verməkdə son zamanlar başına gələn hadisələrdə sənət aləmində olan dostlarının vəfasızlığı olub: 

“Deyirlər ki, müğənnidən müğənniyə dost olmaz. Bu fikirlə razıyam. Müğənnidən müğənniyə yalnız yoldaş ola bilər. Dost ağır sözdür. Dostun xeyri xeyrin, ziyanı ziyanın olmalıdır. İnsanın dar günü olur. Kim olursan ol, gözün dostlarını axtarır. Məsəl var ki, güvəndiyim dağlar sənə də qar yağarmış.

Bu sözlərim sənətçilərə aiddir. Biri deyirdi, sən mənim əmim, digəri deyirdi, sən dayım, bəzisi də deyirdi ki, ağsaqqalım, atamsan. Bağımda tonlarla çörək kəsdiyim insanlar idi. Mən onların yerinə utandım. Mən nə səhv yaşamışam. Bir şəklimi paylaşıb, “qardaş dözümlü ol” yaza bilərdilər. Amma onu da etmədilər. Burda nə var idi ki?  

Azadlığa çıxandan sonra mənə zəng edənlər və etməyənlər də oldu. Amma artıq onlar mənim üçün maraqsız idi. Bundan sonra hamısı ilə ancaq "salam",, "sağ ol" olacaq. Dostluq qətiyyən”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7068
avatar

Yalçın UĞUR

Oxşar yazılar