Türkiyəli məşhur müğənni Yıldız Tilbe Kiprdə konsert verib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni saçlarının parik olduğunu açıqlayıb:
“Saçlarım parikdir. Əvvəl daha uzun idi. İndi saçlarım daha qısadır. Belə özümü daha yaxşı hiss edirəm”.
Yıldız Tilbe qadınların saatlarla gözəllik salonlarında qalmasından da danışıb:
“Mən kifayət qədər gözələm. Saatlarla gözəllik salonlarında vaxt keçirmək mənasızdır. Çünki həddindən artıq gözəllik başa bəladır”.