Müğənni Kərim Abasov 100 min manat ziyana düşüb.
Lent.az xəbər verir ki, bu haqda özü şou proqramda danışıb.
O bildirib ki, restoran biznesi iflasa uğrayıb.
"Restoranın başına daş düşdü. Açmağımızla, bizi fırlatdılar. Gərək hər işin başında özün dayanasan. Restoran açmaq, kirayə, işçilər, aşpazlar. 3 aya 100 min manat ziyana düşdüm. İndi başqa bir biznes qurmuşam. Yarısını etdim, qalıb yarısı. 1 ilə hazır olacaq".
Kərim aldığı villadan da danışıb.
"Villa almışam. Badamdar qəsəbəsində, ən bahalı yerdə yerləşir. Niyə şəkil paylaşım ki? Nəzərdən qorxuram" - o bildirib.