Türkiyənin Kahramanmaraş bölgəsində iki böyük zəlzələdən sonra başlayan axtarış-xilasetmə işləri sürətlə davam edir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, baş verən dəhşətli zəlzələyə məşhurlar da biganə qalmayıb.
Aktrisa Fahriye Evcen “instagram” səhifəsində zəlzələ ilə bağlı emosional paylaşım edib. Fahriye Evcen zəlzələ zamanı valideynlərini itirən azyaşlının şəklini paylaşaraq belə yazıb:
“Sənin o balaca əllərindən öpərəm. Kaş anan tapılsaydı. Bütün dünya bir araya gəlsə də ananın yerini tuta bilməzdi... İnşallah bu dəhşətli görüntülər dağılan binaları tikənlərin yaddaşından silinməyəcək”.