İnsanlar ilk dəfə öpüşməyə  necə başlayıblar?
04 noyabr 2024 17:32 (UTC +04:00)

İnsanlar ilk dəfə öpüşməyə necə başlayıblar?

Öpüşmək insanın ən əsas istəklərindən biridir. Görəsən öpüşmək tələbatı necə yaranıb? Elm adamları onun mənşəyini açmağa çalışıblar, amma araşdırmalar nəticəsində məlum olub ki, ilk öpüş heç də romantik xarakterli olmayıb.

Lent.az xəbər verir ki, bu yaxınlarda Uorvik Universitetində psixoloq Adriano Lameyran tərəfindən edilən bir araşdırmaya görə, insan əcdadları min illlər əvvəl ilk dəfə öpüşməyə məşq ediblər. Müasir öpüşməni xatırladan bu məşq bir vaxtlar bir-birinin kürkündə yaşayan bitlərdən və digər parazitlərdən xilas olmaq üçün düşünülmüş üsul idi.

İbtidai insanlar bir-birlərin üzərindəki cücüləri, bitləri dodaqları ilə tutaraq həm doyur, həm də onlardan xilas olurdular. Lameyranın sözlərinə görə, minlərlə il əvvəl dodaqları uzatmaqla öpüşmə hərəkəti parazitlərdən, ölü dərilərdən və digər çirklərdən qurtulmağa kömək edən mühüm özünə qulluq üsulu idi.

Ekspert hesab edir ki, tarixdən əvvəlki belə öpüşlər bədənin müxtəlif nahiyələrində baş verə bilərdi, lakin yenə də dodaq təması ilə bitərdi. Vaxt keçdikcə əcdadlarımızın baxım prosedurları azalsa da, gigiyenik qulluq həmişə öpüşlə başa çatdı.

Vaxt keçdikcə bu cür qayğıya ehtiyac tamamilə yox oldu, lakin əlaqənin son mərhələsi bizə tanış olan müasir öpüşə çevrildi.

Lameyran həmçinin bu özünə qulluq formasının əcdadlarımızın ağacları tərk edərək yerdə yaşamağa başladığı zaman yarandığını irəli sürür. Təxminən 2-4 milyon il əvvəl əcdadlarımız bütün tüklərini itirdiyindən yalnız ağızdan-ağıza öpüşmək ənənəsi yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1032
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar