İkinci dəfə ailə qurmağa hazırlaşdığını deyən rəqqasə Renka ( Rəna Əlmuradova ) sosial şəbəkədə yeni şəkillərini paylaşıb.
Lent.az-ın məlumatına görə, rəqqasə paylaşımına “Həyat bumeranqdır, birinə pislik edərsən, arxasınca danışarsan, o sənə iki qat qayıdacaq. İnşallah sizə də qayıdar”, - şərhini qeyd edib.
Qeyd edək ki, Rənka ərə getməsi barədə bu sözləri demişdi: "Bir layihəm var - rəqs məktəbi açacam. Alınsa rəqqasəlik etməyəcəm. 36 yaşıma qədər belə bir sevgi yaşamamışdım. Biz bir gün belə ayrı qalmamışıq. Xoşbəxtəm ki, belə bir sevgi yaşadım. Ərə gedirəm".