Hicablı  MƏŞHURLARIMIZ
16 aprel 2024 19:00 (UTC +04:00)

Hicablı MƏŞHURLARIMIZ

Şou adamlarını açıq-saçıq geyimdə görməyə alışmışıq. Səhnə bunu tələb edir. Lakin İslam qaydaları ilə hicab bağlayıb, efirlərə çıxan, məşhurluğunu qoruyan tanınmışlarımız da var.

 Lent.az hicab libası geyinən məşhurlar barədə məlumat verir.

Müğənni Xuraman Şuşalı ekranlara açıq-saçıq libasda çıxsa da, çox keçmədən hicab bağlayıb və bir daha baş örtüyünü açmayıb. O, müğənniliyi bu şəkildə davam etdirməyi bacarır.

Modelyer Leyla Əhmədova hicabı bir qədər modern üslubda geyinsə də, şəriət qaydalarına zidd deyil.

Əməkdar artist Fərqanə Qasımova da uzun illərdir efirə və məclislərə hicab bağlayaraq çıxır.

Əməkdar artist, aktrisa Mehriban Xanlarova Həcc ziyarətindən qayıtdıqdan sonra bir müddət hicab bağlayıb. Amma sonradan hicabdan imtina edib.

Hicablı məşhurlar sırasında 2000-ci illərin məşhur modellərindən biri olan Səbinə Allahverdiyevadır

Türkiyənin sənət aləmində də hicablı məşhurlar var. Çox zaman belə geyinmək onların peşələrinə əngəl törədib. 

Aparıcı və aktrisa Büsra Ayaydın qapalı libasa keçdikdən sonra efirdə ona ehtiyac qalmadı.

Teleaparıcı İkbal Gürpinar da hicab bağladıqdan sonra lazımsız hesab edildi və bir daha öz sənətinə qayıda bilmədi.

Aktrisa və model Gamze Özçelik hicabdan sonra sənətini tərk etməli olub.

Aktrisa Necla Nazır yalnız hicablı qadın rolları oynadığı üçün efirlərdə az görünür.


# 9672
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar