Türkiyəli müğənni Hadisə yenidən "Avroviziya" müsabiqəsinə dəvət aldığını bildirib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, müğənni Belçikadan ölkələrini təmsil etmək üçün sözügedən yarışmadan təklif aldığını deyib:
"Belçika onları "Avroviziya"da təmsil etməyim üçün hər il dəvət göndərir. Lakin əminəm ki, belə bir şey etsəm sərt tənqidlərlə üzləşərəm".
Hadisə 2009-cu ildə Türkiyəni yarışmada təmsil edərək dördüncü yeri tutub.