Müğənni Günay İbrahimli ailə qurmaq arzusundadır.
Lent.az-ın məlumatına görə, ifaçı bu barədə "Söz baz" verilişində danışıb:
"Arzular sonsuzdur, heç vaxt bitmir. Aralarında gerçəkləşənləri oldu. Altı ildir geyim mağazası açmaq arzusunda idim, onu da etdim. Səmimi etiraf edirəm ki, 31 yaşımda gözəl ailəmin olmasını istəyirəm".