Aylarla səhnədən uzaq qalan və sosial media hesablarından paylaşım etməyən türkiyəli məşhur müğənni Gülşən yenidən səhnəyə qayıdıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, müğənninin iddialı səhnə geyiminin qiyməti diqqət çəkib.
Onun qara dekolteli libası 56 min lirə (təxminən 4903 manat), bəbir naxışlı əlcəkləri isə 14 min 600 lirədir (təxminən 1278 manat).
Qeyd edək ki, onun bu libası ABŞ-dan gətirilib.