Gülşən azadlığa buraxıldı -  QƏRAR
29 avqust 2022 14:45 (UTC +04:00)

Gülşən azadlığa buraxıldı - QƏRAR

Türkiyəli müğənni Gülşən ev dustaqlığına buraxılıb.

Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, bu barədə məhkəmə qərar verib.

İfaçı yaxın 2-3 saat ərzində Bakırköy Qadın Qapalı Cəzaçəkmə Müəssisəsindən çıxması gözlənilir.

Qeyd edək ki, Gülşən bir neçə gün öncə konsertlərinin birində "İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir” ifadəsini işlətdiyi üçün şikayət olunaraq həbs olunmuşdu.

# 3381
avatar

Nigar Namiq

Oxşar yazılar