Filmlərdə və seriallarda tez-tez gördüyümüz məşhurların az tanınan, lakin çox istedadlı bacıları da var.
Lent.az xarici mediaya istinadla sizi onlarla daha yaxından tanış edir.
Nikol və Antoniya Kidman
"Oskar" mükafatlı aktrisa Nikol Kidmanın kiçik bacısı Antoniya da kifayət qədər tanınmış bir şəxsdir.
Antoniya Avstraliya jurnalisti və televiziya aparıcısıdır.
Keyli və Briana Kuoko
“Böyük partlayış nəzəriyyəsi” serialının ulduzu Keyli Kuokonun kiçik bacısı da aktrisadır. Bununla yanaşı, o həm də müğənni və xoreoqrafdır.
Reyçel və Keylin MakAdams
Reyçel MakAdamsın kiçik bacısı Keylin peşəkar vizajistdir. O yalnız aktrisa bacısı ilə deyil, eyni zamanda Natali Portman kimi ulduzlarla da çalışır.
Penelopa və Monika Kruz
Penelopa Kruzun kiçik bacısı Monika Kruz ispan aktrisa və rəqqasədir. O da tez-tez qırmızı xalı tədbirlərində görünür.
Bleyk, Lori və Robin Layvli
Layvli ailəsinin ən kiçiyi Bleykdir. Onun iki böyük bacısı Lori və Robin də şou-biznes dünyasında uğur qazanıblar.
Robin aktrisadır. Lori isə aktrisa olmaqla yanaşı, televiziya aparıcısı, dizayner və aktyorluq üzrə müəllimdir.