"İki dəfə yıxıldım, səhhətimdə ciddi problemlər yarandı" - Aktrisa danışdı
17 iyul 2025 16:51 (UTC +04:00)

"İki dəfə yıxıldım, səhhətimdə ciddi problemlər yarandı" - Aktrisa danışdı

Əməkdar artist Kübra Əliyevanın səhhətində yenidən problem yaranıb.

Lent.az xəbər verir ki, aktrisa bu haqda "Elgizlə izlə" verilişində danışıb. O bildirib ki, iki dəfə yıxılıb və bu, onun səhhətində problem yaradıb:

"İki dəfə yıxıldım. Hər dəfə mənə böyük zərbələr dəydi. Birinci dəfə yıxılanda yeriyə bilmədim. Oğlum Ayaz məni addım-addım gəzdirib, xəstəxanaya apardı. Sonra isə yıxıldım və qolum nə günə düşdü. Təsəvvür edin qolum təkər rəngində idi. Bu yaxınlarda isə pilləkəni qalxanda gördüm ki, sağ ayağımı qaldırıram, amma sol qalxmır. Getdim reabilitasiya mərkəzinə, məni sağaltdılar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386

Oxşar yazılar