“Göyçək Fatimə” təxəllüsü ilə tanınan rəqqasə Fatimə Fətəliyeva yağsordurma və bədənşəkilləndirmə əməliyyatlarından sonra indi də buxağına əl gəzdirmək niyyətinə düşüb.
Lent.az-a açıqlama verən rəqqasə bildirib ki, çənəsinin altında yüngülvari buxaq əmələ gəlib və bu onu narahat edir.
“Deyirlər mənə yaraşır. Amma şəkillərdə, videolarda özümə baxanda qıcıqlanıram. Tezliklə onu aradan qaldıracam”,- deyə rəqqasə bildirib.
Qeyd edək ki, rəqqasə öncələr qaşlarında, dodaqlarında və burnunda estetik prosedurlar etdirib.