Türkiyəli məşhur müğənni Hadisə Kerem Bürsinlə bağlı çıxan eşq iddialarına aydınlıq gətirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tətildə keçirdiyi xoş anları sosial media hesabında yayımlayan 38 yaşlı müğənninin Bodrum kadrları olduqca diqqət çəkib.
Bir müddətdir adı eşq dedi-qodularında hallanan Kerem Bürsinlə Hadisə Bodrumda bir araya gəlib. Bürsinlə çəkdirdiyi fotonu yayımlayan Hadisə, "Dostum" deyərək, onlar haqqında yayılan sevgi dedi-qodularını yalanlayıb.
Hadisə Kerem Bürsinlə heç vaxt düşünüldüyü kimi sevgili olmadıqlarını bildirib.