Firuzədən Cavidan və Ənvərə  SƏRT SÖZLƏR  : "O kimdir ki?" - QALMAQAL BÖYÜYÜR...
12 yanvar 2023 19:00 (UTC +04:00)

Firuzədən Cavidan və Ənvərə SƏRT SÖZLƏR : "O kimdir ki?" - QALMAQAL BÖYÜYÜR...

Aktrisa Firuzə Balayeva həmkarı Cavidan Novruzun onun ünvanına səsləndirdiyii fikirlərə münasibət bildirib. 

Aktrisa Lent.az-a açıqlamasında deyib ki, onun problemi Ənvər Abbasovla olub:

"Açığı, onun məni təhqir etməsi barədə paylaşımını görməmişəm. Ancaq elə səviyyəsiz birinə nə deyə bilərəm ki? Yaxşı həmkardırsa, yaxşı kişidirsə, Ənvər Abbasov məni söyəndə, təhqir edəndə onun cavabını orada verərdi. Deyərdi ki, ay kişinin oğlu, o da anadır, kiminsə bacısıdır və s. Niyə onu söyürsən? Belə cavab verərdi də ona. Onun gücü ancaq mənə çatır? Onun gücü ancaq yazı yazmaqla, status paylaşmaqla mənə çatar. Belə heç nə deyə bilməz mənə.

Cavidanla heç bir problemim yoxdur. O, niyə ortalığa düşüb, bilmirəm. Belədə Cavidan Novruz kimdir ki, ondan qorxum? Heç kimdir. Mən orada heç kimdən qorxmuram. Nə var, onu danışıram".

Xatırladaq ki, Firuzə Balayeva bir neçə gün əvvəl “Komedixana” proqramı haqqında “Mən ağıllı insanlarla işləməyi sevirəm, bir az “şiti çıxarılan” yer mənlik deyil” kimi fikirlər səsləndirib. 

Sonra Cavidan Novruz ad çəkmədən öz sosial şəbəkə hesabında yazıb “Mənə inanın ki, yaxşı at özünə qamçı vurdurmaz! Problemli insan hər yerdə problemlidir və belə də yaşayacaq! O ki qaldı, ağıllı olmayıb ağıllı yerdə görünmək istəyənlərə...

İnsana deyərlər ki, özündə zərrə qədər ağıl yoxdursa, hansı cəsarətlə ağıllı yerdə, ağıllı adamlarla işləmək tələbini edirsən? İnsanın çörəyi dizinin üstündədirsə, Allah hər zaman belindən vuracaq. Hər şeydə uğursuz, yarımçıq olacaqlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10101
avatar

Nigar Namiq

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07