Qumar reklamında çəkilərək qeyri-qanuni mərc oyunlarını təşviq etmək iddiası ilə ev dustaqlığına məhkum edilən Mehmet Ali Erbil cəzadan sonra ilk dəfə foto paylaşıb.
Lent.az xəbər verir ki, sosial media hesabında Stelio Pipislə fotosunu paylaşan Ərbil fotonun altına "35 illik dostum" yazıb.
Ev dustaqlığında olan məşhuru onun keçmiş meneceri Stelio Pipis ziyarət edib.