Azərbaycanın “Eurovision 2021” mahnı müsabiqəsində təqdim edəcəyi namizəd 6 mahnının adı açıqlanıb.
Lent.az xəbər verir ki, bəstələr təmsilçimiz Samirə Əfəndinin ifasında təqdim olunub. Bunlar ingilis dilində “Mata Hari”, “Ratata”, “When I’m gone”, “Manifesto”, “Breathing You” və “Owe You Pretty”dir. Mahnılar arasında “When I’m gone” və “Breathing you” ballada stilindədir. Digər dördü isə yüksək templidir.
Məlumatı “İnfe Azerbaijan” ictimaiyyətə təqdim edib.
Qeyd edək ki, bu mahnılardan birinin müəllifi həmçinin ötən il Əfəndinin Avroviziya 2020 üçün ifa etdiyi “Cleopatra” mahnısının müəllifidir.