Meyxanaçı Samirə Yusifqzı maraqlı açıqlaması ilə diqqət çəkib.
Lent.az-ın xəbərinə görə, o, verilişlərdən birində 12 dil bildiyini və illər əvvəl Ərəbistanda müqavilə ilə işlədiyini söyləyib.
“Orta məktəbdə ərəbcə dərs almışam. Fars, ərəb, yəhudi, türk dillərini gözəl bilirəm. Ərəbistanda 3 il işləmişəm.
Ərəblər məni və ansamblımı müqavilə ilə satın almışdılar. Küveyt, Bəhreyn, Qətər, Keniyada ansamblımla birlikdə işləmişəm. Bu illər öncə olub. Arada gəlib ailəmə dəyib qayıdırdım. Toylarda yox, xüsusi salonlarda konsert verirdik”, - meyxanaçı-müğənni bildirib.