Əməkdar artist tıxacdan gileyləndi: "Uşağı dərsə aparmaq olmur"
15 mart 2022 12:03 (UTC +04:00)

Əməkdar artist tıxacdan gileyləndi: "Uşağı dərsə aparmaq olmur"

Əməkdar artist Əkbər Əlizadə Bakıda olan tıxacdan gileylənib.

Lent.az xəbər verir ki, aktyor hər səhər Bayıl qəsəbəsindən gələrkən Dənizkənarı park yanındakı yolda tıxac olduğunu vurğulayıb. Həmin anın görüntüsünü paylaşan Əlizadə bunları deyib: "Hər gün bu yol bu gündədir. Nə səhər uşaqları dərsə aparmaq, nə də işə getmik olur. Bu yolu keçdinsə, sənə zaval yoxdur. Yarım saat, neçə dəqiqə gözləməli oluruq. Hər gün bu problemlə qarşılaşırıq. Həm vaxtımız, həm əsəbimiz, həm də benzin gedir. Səlahiyyətli şəxslər bu məsələyə əncam çəkin".


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3510
avatar

Yalçın UĞUR

Oxşar yazılar