“Həyatımı, gözəl yaşam tərzimi, özümü hər kəsə qurban verdim”.
Lent.az-ın məlumatına görə bu fikirləri Əməkdar artist Elza Seyidcahan “Xəbər-ətər” proqramında səsləndirib.
Müğənni ailəsinin sənətə görə dağılması barədə səsləndirilən fikirlərə cavab olaraq bildirib ki, o, ailəsini sənətinə qurban etməyib:
"Yox, heç nəyi qurban vermədim. Heç vaxt sənətimə nəyisə qurban verməmişəm. Sənətimə də, ailəmə də, qohumlarıma da diqqət ayrımışam. İnsanlara görə özümü qurban verdim, amma dəyməzmiş. Yaşayışımı, balalarımın rahatçılğını, yaxşı şəraitini insanlara görə qurban verdim. Kiminsə problemi olub məni narahat edib”.