Elşad Xose efirə çıxmaq üçün pul istəyir - AÇIQLAMA
08 fevral 2022 14:05 (UTC +04:00)

Elşad Xose efirə çıxmaq üçün pul istəyir - AÇIQLAMA

Reper Elşad Xose aparıcı Kazım Sübhanın onun barədə söylədiyi “Efirlərə çıxmaq üçün pul istəyir” fikirlərinə münasibət bildirib.

Lent.az-ın məlumatına görə, reper deyib: "Sən işlədiyin kanalın illik gəlirini yaza bilərsən? Zəhmət olmasa, heç olmasa təxmini..."

Kazım reperə "Aparıcıyam və ancaq çalışdığım şirkətdə yaradıcı işlərə müdaxilə edə bilərəm. Elşad, sən, Xatirə İslam və Natavan Həbibi - öz janrınızda Azərbaycan musiqisində yaxşı işlər görənlərdənsiniz. Albomların, konsertlərin, duetlərin danılmazdır. Amma sən dediyin belə olmur, mənim fikirlərimin sizin sənətinizə, peşəkarlığınıza heç bir aidiyyatı da yoxdur, bunu unutmayın".

Elşad isə bildirib ki, özü də veriliş aparacaq və gələn qonaqlara qonorar verəcək:
"Başa düşürəm, sadəcə mən demək olar heç bir verilişdə oxumuram. Mənə danışmaq daha vacibdir. Mənim danışdığım kimə doğrudan da maraqlı gəlirsə, o da pul verməyə hazır olacaq. Mən öz verilişimi aparanda çağırdığım adamlara pul verəcəyəm".

Qeyd edək ki, bundan əvvəl müğənni Xatirə İslam və Natavan Həbibi kanal rəhbərlərindən qatılacaqları proqram üçün qonorar istəmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3132
avatar

Yalçın UĞUR

Oxşar yazılar