Əməkdar artist Elnarə Abdullayeva Şamaxıya bulaq çəkdirməsindən danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı bu barədə "Nanəli" verilişində danışıb:
"Allahın yazığı gəlib bunları mənə qismət elədi. Həmişə demişəm, Allahım, sənin rızan üçün edəcəyim işlərə yol ver ki, birdən sabah səsim olmaz. Bir adam mənə kömək etmədi.
İnanmazdım ki, böyüyüb bu qədər pul qazanacam. Xalqın, dövlətin qədrini bilməyi gərək Allah adama qıysın. Özümün də yadımdan çıxıb ki, neçə bulaq çəkmişik. Elə bilərlər ki, milyonum başımdan aşır. Birdən sabah pulum olmaz, sabah bu yaxşılığı edə bilmərəm deyə, etmişəm. Bunları mən qaloş geyinəndə etmişəm".