Müğənni Ədalət Şükürov qatıldığı podkastlardan birində “Prius” markalı avtomobillərin onu qıcıqlandırdığını bildirib.
Lent.az-ın xəbərinə görə, o bildirib ki, bu avtomobillərin çoxu xaricdən yararsız vəziyyətdə, ucuz qiymətə ölkəyə gətirilir.
“İmkanı olan adamlar gətirib onu imkansızlara satırlar. Bu avtomobillər çox zaman pis vəziyyətdə olur və idarə edilməsi mürəkkəbləşir. Çox ucuz satılır deyə onları kim gəldi alır və idarə edir. Xaricdən qonaqlarım gəlmişdi, onlar çağırdıqları taksilərin pis vəziyyətini görüb, şikayət edirdilər və mən utanırdım.
Əlbəttə, anlayıram, hamı çörək qazanmaq istəyir, lakin bu avtomobillər əsasən qəzalı vəziyyətdə olurlar. Ölkəyə qəzalı avtomobillərin gətirilməsi qadağan edilməlidir. Belə çıxır ki, bu avtomobilləri Azərbaycana ölkə əhalisinə zərər vurmaq üçün gətirirlər. Bu avtomobillərin hamısı elektrik batareyaları ilə təchiz edilib. Bir neçə ildən sonra bu batareyalar necə utilizasiya ediləcək?” - o bildirib.