Türkiyə pop musiqisinin önəmli simalarından olan Sərdar Ortaç mahnıları ilə yanaşı, açıqlamaları və sosial şəbəkədəki paylaşımları ilə gündəmdədir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur müğənni bu yaxınlarda verdiyi müsahibədə çoxarvadlılığı sevmədiyini bildirib:
“Çoxarvadlılığı heç sevmirəm və bəyənmirəm. Onsuz da münasibətlərimin heç biri bitməmişdən əvvəl başqasına başlamadım”.