Qalmaqal böyüyür -  Faiq Ağayev: "Mən erməniyə "super" yazmaram"
06 dekabr 2019 14:43 (UTC +04:00)

Qalmaqal böyüyür - Faiq Ağayev: "Mən erməniyə "super" yazmaram"

Xalq artisti Faiq Ağayev ötən gün “Şabaş” filminin qala gecəsinə qatılıb.

İşlərindən söz açan müğənni bildirib ki, yaxın günlərdə yeni mahnı təqdim edəcək:

“Köhnə mahnılarımızdan biridir. Nadir Nəğd Pul və Rabil Səfərli müştərək aranjiman ediblər. Klipin çəkilişlərini çatdırsaq, bu ay başqa bir mahnıya ekran həyatı verəcəyik. Fərqli bir işə imza atacağıq. Çünki həmin texnologiyadan heç bir klipimizdə istifadə olunmayıb. Burada da çalışacam ki, bir ilkə imza atım. Adətkaram axı...”.

Müğənni deputatlığa namizəd olması ilə bağlı söz-söhbətə isə belə cavab verib:

“Qərar dünən çıxıb. Fevrala hələ var. O vaxta kimi yəqin ki, qərar qəbul edərəm”.

 

F.Ağayev “Həmrəylik günü gəlir. Bəlkə küsülü olduğunuz bir məşhurla barışasınız” təklifinə isə etiraz etməyib:

“Kimdən məhəbbət qığılcımı, dostlaşmaq istəyi görsəm, öpüşlə qəbul etməyə hazıram”.

Sənətçi son günlər Xalq artistləri Brilliant Dadaşova və Röya Ayxan arasında baş verən “Erməni musiqiçinin ifasına “super” yazmaq” məsələsi ilə bağlı suala “Mən başqaları kimi “Super” yazmaram. Hərə özünə cavabdehdir. Kimi yazar, buna məntiqli açıqlama verər. Kimi yazar şərh verməz. Mən yazmaram” deyə, söyləyib.

 

(axşam.az)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4701
avatar

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07